Britaniya Arktikada qoşun yerləşdirmək istəyir


Rusiyanın artan hərbi mövcudluğu ilə əlaqədar Böyük Britaniya Arktikada daimi hərbi kontingent yerləşdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin mənbələri belə bir təklifin hökumətin tələbi ilə ekspertlər tərəfindən hazırlanmış Böyük Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinin əhatəli icmalında yer aldığını qeyd ediblər.
Onalrın sözlərinə görə, Britaniya qoşunları Estoniyada olduğu kimi, Arktikada da ola bilər, hansı ki, burada NATO batalyonunda təxminən 1000 Kral Silahlı Qüvvələrinin şəxsi heyəti var.
Ehtimal olunur ki, Britaniya kontingenti Norveç ərazisində yerləşdirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top