
Yer kürəsində G3 sinfinə aid güclü maqnit qasırğası qeydə alınıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, buna səbəb Yerə yaxın kosmosda günəş küləyinin sürətinin kəskin artması olub.
Gecənin ikinci yarısında Yerə yaxın kosmosda günəş küləyinin sürətində kəskin artım (650 km/s-dən yuxarı) olub və onun temperaturu bəzən 1 milyon dərəcəni keçib.
Yer kürəsinin geomaqnit sahəsi buna cavab verib və G3 sinfinə aid güclü maqnit qasırğası başlayıb.
Qasırğa Bakı vaxtı ilə saat 6:16-da başlayıb. Maqnit sahəsinin dalğalanmalarının pik həddi Bakı vaxtı ilə saat 3-6 arasında olub.
Sinoptikin sözlərinə görə, qasırğa qısamüddətli olda da, geomaqnit sahəsində pozuntular günün sonuna və cümə gününə qədər davam edəcək.
Qlobal proqnozlaşdırma mərkəzlərinin gün ərzində yalnız zəif dalğalanmalar gözlədikləri və proqnozlarında maqnit qasırğası ehtimalının 51%-i ötmədiyi vurğulanır.