Ərdoğan ABŞ-yə səfər edə bilər


Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfərini istisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Milliyet” qəzetinə bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı var.
“Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində işlər davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Səfər ərəfəsində onlar NATO-nun Haaqa sammitində (24-25 iyun – red.) görüşə bilərlər. Tez-tez telefonla əlaqə saxlayırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır”, - Fidan qeyd edib.
Qeyd edək ki, mayın 5-də Trampla telefon danışığından sonra Ərdoğan Trampın onu ABŞ-yə səfərə dəvət etdiyini bildirib. Belə bir səfərin təxmini tarixləri hələ məlum deyil. Digər tərəfdən, Türkiyə mediası səfərin iyunda baş tuta biləcəyini istisna etmir.

DİGƏR XƏBƏRLƏR

Top