“Hər iki ölkə tərəfindən təsdiqlənmiş hüquqi baza mövcuddur” – Mher Qriqoryan


Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası, eləcə də təhlükəsizlik məsələləri üzrə komissiyaların növbəti görüşünün nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mayın 28-də Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan “news.am”a açıqlama verib.
Sərhədin demarkasiyası ilə bağlı danışan Qriqoryan bildirib ki, bu barədə deyə biləcəyi konkret məlumat yoxdur, amma müəyyən işlər aparılır: “Mən bu prosesi çıxılmaz vəziyyətdə hesab etmirəm. Hər iki ölkə tərəfindən təsdiqlənmiş və daxili prosedurlardan keçmiş hüquqi baza mövcuddur. Bu da işlərin davam etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

DİGƏR XƏBƏRLƏR

Top