
Avropa İttifaqı Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
“Aİ Şurası təhlükəsizlik mülahizələrinə əsaslananlar istisna olmaqla, Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə bağlı hüquqi sənədlər qəbul edib. Həmçinin Suriya Mərkəzi Bankı, neft istehsalı və pambıq emalı sektorlarında fəaliyyət göstərən şirkətlər də daxil olmaqla, 24 şirkət qara siyahıdan çıxarılıb”, - bəyanatda deyilib.
Sənəddə qeyd edilir ki, bu addım Aİ xarici işlər nazirlərinin mayın 20-də Aİ-nin Suriyaya qarşı sanksiyalarının ləğvinin məqsədəuyğunluğu ilə bağlı siyasi qərarının icrası olub.
Tətbiqimizi yükləyə bilərsiniz