
“Ukrayna ilə yaxın vaxtlarda elan ediləcək birbaşa danışıqların yeni raundunda Moskva Ukrayna ərazisində qüvvədə olan bütün ayrı-seçkilik qanunlarını ləğv etməyə çalışacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin beynəlxalq görüşü zamanı deyib.
XİN rəhbəri mayın 16-da İstanbulda münaqişənin sülh yolu ilə həlli üzrə birbaşa dialoqun bərpa olunduğunu xatırladıb. Onun sözlərinə görə, Rusiya bundan çox əvvəl belə danışıqlara hazır idi, lakin Kiyev Qərb ölkələrinin, ilk növbədə Avropa liderlərinin təsiri altında olduğu üçün iştirakdan yayınıb. Lavrov qeyd edib ki, İstanbulda keçirilən görüşdə Rusiya nümayəndə heyəti Moskvanın ayrı-seçkilik hesab etdiyi Ukrayna qanunlarının ləğvi məsələsini artıq gündəmə gətirib və bu mövqenin danışıqlar prosesinin növbəti mərhələsində əsas olaraq qalacağını vurğulayıb.