Zelenski Putin və Trampla üçtərəfli görüş keçirməyi təklif etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında üçtərəfli görüşün keçirilməsini təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zelenski AFP-nin jurnalistlərinə bildirib.
“Putin ikitərəfli görüşdən razı deyilsə və ya hamı bunun üçtərəfli olmasını istəyirsə, mənim etirazım yoxdur. İstənilən formata hazıram. Tramp-Putin-mən görüşünə hazıram”, - Zelenski deyib.
Xatırladaq ki, Vladimir Putin may ayında Rusiya-Ukrayna danışıqları zamanı Zelenskinin İstanbulda şəxsən görüşmək çağırışını rədd edib. Əvəzində Putin danışıqlara köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi bir qrup məmuru göndərib. İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rustem Umerov başçılıq edib.

DİGƏR XƏBƏRLƏR

Top