Fransa parlamenti evtanaziya qanununu qəbul etdi


Fransa parlamenti evtanaziya və palliativ qayğı haqqında qanun layihələrini səs çoxluğu ilə qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ouest France” məlumat yayıb.
Bildirilib ki, Fransa Milli Assambleyasının 305 üzvü həkimlərin köməyi ilə könüllü həyatdan köçməyi dəstəkləyib, 199 deputat isə əleyhinə çıxış edib. Təsdiqləndikdən sonra qanun layihələri Fransa parlamentinin yuxarı palatası olan Senata göndərilib.
Qeyd edək ki, evtanaziya qanunu hazırda Belçika, Hollandiya və Kanadada qüvvədədir. 2023-cü ilin aprelindən Hollandiyada evtanaziya qanunvericiliyi 12 yaşdan kiçik uşaqlara şamil edilir.
Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron evtanaziya ilə bağlı referendumun keçirilməsinə icazə verib. 

DİGƏR XƏBƏRLƏR

Top