
“HBO Original” “Harry Potter” serialında baş uşaq rollarını oynayacaq aktyorların heyətini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Warner Bros. Discovery” məlumat yayıb.
Bildirilib ki, əsas personajı Dominik Maklaflin, dostları Ron Uizli və Hermiona Qreynceri isə Alaster Stout və Arabella Stenton canlandıracaq.
Qeyd edək ki, HBO 2023-cü ilin aprelində “Harry Potter” seriyası üzərində işə başladığını elan edib. Bundan sonra yayımçı 30 mindən çox uşağın iştirak etdiyi açıq kastinq keçirib.
Aprel ayında serialda əsas böyüklər rollarını kimin oynayacağı məlum olub. Con Litqou “Hogwarts Cadu və Sehrbazlıq Məktəbi”nin direktoru Albus Dambldoru, Paapa Essyedu professor Severus Sneyp rolunu, Canet Maktir isə Minerva Makqonaqal rolunu oynayacaq. Professor Kvirinus Kvireli - Lyuk Tallon, Rubeus Haqridi - Nik Frost, Arqus Filçi isə Pol Vaythaus canlandıracaq.
Serialın çəkilişlərinin 2025-ci ilin yayında başlaması gözlənilir. Yeni “Harry Potter” seriyasının ilk mövsümü 2026-cı ildə yayımlanacaq.