
Romanın “Latsio” klubu komandanın baş məşqçisi Marko Baronini istefaya göndərəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.
Qeyd edək ki, 61 yaşlı italiyalı mütəxəssis ötən ildən “Latsio”ya rəhbərlik edib.
Bu yaxınlarda başa çatan İtaliya çempionatında “Latsio” 7-ci yeri tutaraq Avropa yarışlarına vəsiqə qazana bilməyib.