
Xəbər verdiyimiz kimi, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial şəbəkə hesabında ölkə prezidentinin səfər proqramını açıqlayıb.
Bildirilib ki, Ərdoğan Azərbaycana Müstəqillik Günü münasibətilə səfər edir:
“Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Bundan əlavə, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Toplantısı”nın 2-ci Toplantısı keçiriləcək”.
Qeyd edilib ki, Türkiyə prezidenti səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində, həmçinin Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mədəni-kütləvi tədbirdə iştirak edəcək.