Dünyanın ən yüksək maaş alan məşqçilərinin adları açıqlanıb – Siyahı


Dünyada ən çox maaş alan məşqçilər arasında ilk sırada futbol sahəsində çalışan mütəxəssislər dayanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “Forbes Sport” açıqlayıb.
Bildirilir ki, siyahıya başçılıq edən məşqçi argentinalı Dieqo Simeone olsa da, yüksək maaş əldə edən məşqçilər əsasən ABŞ və Avropadan olan şəxslərdir.
Ən gəlirli idman növləri üzrə ən çox maaş alan üç məşqçini təqdim edirik:
Futbol
“Atletiko Madrid” (İspaniya) klubunun baş məşqçisi Dieqo Simeone – illik gəliri 34,2 milyon dollar
“Mançester Siti”nin (İngiltərə) baş məşqçisi Pep Quardiola – 27,3 milyon dollar
“Arsenal”ın (İngiltərə) baş məşqçisi Mikel Arteta – 20,6 milyon dollar


Amerika Futbolu (NFL)
“Kanzas Siti Çifs”in baş məşqçisi Endi Rid – 20 milyon dollar
“Denver Bronkos”un baş məşqçisi Şon Peyton – 18 milyon dollar
“Pittsbürq Stilers”in baş məşqçisi Mayk Tomlin – 16 milyon dollar


Basketbol (NBA)
“Qolden Steyt Uorriors”un baş məşqçisi Stiv Kerr – illik gəliri 17,5 milyon dollar
“San Antonio Spurs”un baş məşqçisi Qreqq Popoviç – 17 milyon dollar
“Mayami Hit”in baş məşqçisi Erik Spoulstra – 15 milyon dollar
“Los Anceles Klippers”in baş məşqçisi Tayron Lü – 15 milyon dollar


Kollec Futbolu (NCAA)
Corciya Universitetinin baş məşqçisi Kirbi Smart – illik gəliri 13,3 milyon dollar
Ohayo Dövlət Universitetinin baş məşqçisi Rayan Dey – 12,5 milyon dollar
Klemson Universitetinin baş məşqçisi Dabo Svinni – 11,1 milyon dollar


Beysbol (MLB)
“Çikaqo Kabs” klubunun baş məşqçisi Kreyq Kaunsell – illik gəliri 8 milyon dollar
“Arizona Daymondbeks”in baş məşqçisi Tori Lovullo – 5 milyon dollar
“Teksas Reyncers”in baş məşqçisi Brus Boçi – 4,5 milyon dollar


Xokkey (NHL)
“Pittsbürq Penquins”in baş məşqçisi Mayk Sallivan – illik gəliri 5,5 milyon dollar
“Tampa Bey Laytning”in baş məşqçisi Con Kuper – 5,3 milyon dollar
“Kolorado Evalanç”ın baş məşqçisi Cared Bednar – 4,9 milyon dollar


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top