
Amerika administrasiyası Harvard Universitetini öz siyasətini dəyişmək istəmədiyinə görə, təxminən 100 milyon dollar məbləğində qalan bütün federal qrantlardan məhrum etmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti federal agentliklərə göndərilmiş məktuba istinadla məlumat yayıb.
Ağ Evin mesajı həm də xidmətlərin alternativ təminatçılarını tapmağa çağırır.
Qəzetin fikrincə, belə bir addım mahiyyət etibarı ilə hökumətin universitetlə uzun illər davam edən işgüzar əlaqələrinin tamamilə kəsilməsi deməkdir.
Keçən aydan bəri rəhbərlik məktəblə ümumi məbləği təxminən 3,2 milyard dollar olan qrantları və müqavilələri dondurub və Harvardın beynəlxalq tələbələri qəbul etmək icazəsini dayandırmağa cəhd edib.
Rəsmilər İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına qarşı çıxan Fələstin tərəfdarı fəallara görə Harvardın yəhudi tələbələr üçün tam təhlükəsizliyi təmin edə bilməyəcəyini bildirir.
Buna cavab olaraq universitet Boston federal məhkəməsində iddia qaldırıb. Federal hakim universitetin xaricdən tələbə qəbulunu qadağan edən qərarını ləğv edib.
Müvəqqəti qadağa hökumətin əcnəbilərin ABŞ-də təhsil alması üçün universiteti attestasiyadan məhrum etməsinə mane olur.