Küləkli hava ilə bağlı – Xəbərdarlıq


Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Quba, Xızı, Siyəzəndə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Xaçmaz, Qusar və Şabranda da şərq küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

DİGƏR XƏBƏRLƏR

Top