
Şəhid Vüqar Zamanovun anası Lətifə Zamanova videomüraciət yayaraq müzakirələrə səbəb olan addımı ilə bağlı açıqlamalar verib. Belə ki, daha əvvəl onun bir kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb. L. Zamanova yerli KİV-ə verdiyi açıqlamada sözügedən şəxsin içkili halda oğlunun xatirə lövhəsi qarşısında xoşagəlməz hərəkətlər etdiyi üçün bu addımı atdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, sonuncu videomüraciətdə isə Lətifə Zamanova hadisənin təfərrüatları barədə danışıb.
“O mənim oğlumu təhqir edib. Daha sonra isə gəlib özü məndən üzr istəyib. Səbəbini soruşduqda isə oğlumu təhqir etdiyini bildirib. Mən onu bağışladım”.
Daha ətraflı:
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov Vətən müharibəsində müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi iştirak edib. 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, Horadizdə dəfn edilib. Ölümündən sonra müxtəlif medallarla təltif edilib.