Zəka Mirzəyevin qohumlarına vəzifə verməsi iddiasına DSMF-dən reaksiya – Yenilənib


“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Qeyd olunub ki, DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.
“Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.
Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.
Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.
Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər”.

***14:57
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyevin öz qohumlarına vəzifə verdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tribunainfo.az məlumat yayıb.
Məlumata görə, bir neçə gün əvvəl DSMF-nin icraçı direktoru təyin edilən Mail Məmmədovu Fond rəhbərinin xalası oğludur.

Mail Məmmədov

Həmçinin qeyd olunur ki, Fond sədri bacısının həyat yoldaşı Şahin Əliyevi isə özünə müavin təyin edib.

Şahin Əliyev

Sözügedən şəxslərin Zəka Mirzəyevlə hər hansı qohumluq əlaqələrinin olub-olmamasını dəqiqləşdirmək üçün DSMF-yə ünvanladığımız sorğuya hələ ki, cavab verilməyib.
Zəka Mirzəyev

DİGƏR XƏBƏRLƏR

Top