İtkin-şəhid Mingəçevirdə torpağa tapşırıldı – Fotolar + Video


Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Novruzov Əsəddin Curu oğlunun qalıqları ailəsinə təhvil verilib və onunla vida mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, daha sonra o, Mingəçevir şəhərində, Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ə. Novruzov 15 oktyabr 1939-cu ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olub. Uzun illər Ağdərənin Mehmanə kənd həkim ambulatoriyasında həkim kimi çalışıb. Qarabağda münaqişlərin başladığı günə qədər əmək fəaliyyətinə burada davam edib.
1991-ci ildə yaradılan kənd ərazi özünümüdafiə batalyonunun ən fəal üzvülərindən biri olub.

Ə. Novruzovun evi kəndin kənarında yerləşdiyindən 1992-ci il 12 mart tarixində ermənilərin kəndə hücumunun bir hissəsi də onun evi istiqamətində həyata keçirilir. Səhər saatlarında düşmən silahlılarının artıq evə yaxınlaşdığını görən Ə. Novruzov oğlu Şamil Novruzovla birgə düşmənin irəliləməsinin qarşısını alır. Lakin cəmi 2 nəfərlə düşmənin qarşısını qismən alamğa nail olurlar. Ermənilərin açdığı atəş nəticəsində yaralanan Əsəddin Novruzov oğlunun köməyi ilə evinə gətirilir. Lakin onun nəşini çıxarmağa ermənilər imkan vermir.

Şəhidin qalıqlarının ailə üzvüləri tərəfindən aşkar edilərək götürülməsi üçün, bu ilin 31 mart tarixində dövlət qurumlarına məlumat verilib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top