
“Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır”.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən çap mediası və onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı olması ilə bağlı tələb irəli sürülüb.
“Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq”, - Ə. İsmayılov deyib.