Konte “Yuventus”a qayıda bilər – KİV


İtaliyanın “Napoli” klubunun baş məşqçisi Antonio Konte “Yuventus”a qayıda bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DAZN nəşrinin jurnalisti Oratsio Akkomando məlumat verib.
Məlumata görə, Turin klubu artıq 55 yaşlı mütəxəssisin qayıtması üzərində işlərə başlayıb.
Klub Konteyə ildə 8 milyon avro dəyərində üç illik müqavilə və bonuslar təklif edir ki, bu da müqavilə müddətində məşqçiyə ümumilikdə 24 milyon avrodan çox qazanc gətirə bilər.
Konte 2011-2014-cü illərdə də “Yuventus”a rəhbərlik edib. O, üç dəfə ardıcıl İtaliya çempionluğunu və iki İtaliya Superkubokunu qazanıb.
Turin klubuna hazırda Tyaqo Mottanı əvəz edən İqor Tudor rəhbərlik edir.
Qeyd edək ki, Konte bir neçə gün əvvəl klubdakı ilk ilində “Napoli” ilə A Seriyasının qalibi olub. Ötən mövsüm neapollular öz nəticələrinə görə çempionatda 10-cu yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top