Aİ ölkələri Macarıstanı səsvermə hüququndan məhrum edə bilər


Avropa İttifaqının (Aİ) nazirləri mayın 27-də Brüsseldə keçiriləcək iclasda qanunun aliliyi ilə bağlı iddia edilən problemlərə görə Macarıstanın səsvermə hüququndan məhrum edilməsini müzakirə etməyi planlaşdırırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat verilib.
Məlumata görə, Avropa işləri üzrə nazirlər həmin ölkədəki demokratiyanın vəziyyəti və qanunun aliliyi ilə bağlı iddiaları əsas gətirərək, Macarıstana qarşı 7-ci maddəyə əsasən səkkizinci dinləməni həyata keçirmək niyyətindədirlər.
Nəticədə, mümkün sanksiyaların tətbiqi Budapeştin Aİ-də səsvermə hüququnun dayandırılması və bunun iddia edilən problemlər aradan qaldırılana qədər davam etməsi demək olacaq.
Eyni zamanda, Avropa mənbələri belə bir addımla bağlı Aİ dövlətləri arasında yekdil fikir olmadığını və buna görə də, böyük ehtimal ki, belə bir qərarın verilməyəcəyini bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top