
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırovanın vəfat etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
S.Bağırovanın mayın 26-da xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, bu ilin yanvarında Allahverdi Bağırovun digər bacısı Almaz Bağırova da vəfat etmişdi.