Avtomobili “Liverpul” azarkeşlərinin üzərinə sürdü, 17 nəfər öldü – Video


İngiltərənin Liverpul şəhərində avtomobil “Liverpool” futbol klubunun Premyer Liqada qələbəsi şərəfinə keçirilən paradda iştirak edən izdihamın üzərinə sürülüb.
Yeniavaz.com
“BBC News”a istinadən xəbər verir ki, avtomobilin sürücüsü hadisə yerində saxlanılıb.
Hələlik nə sürücünün kimliyi, nə də qurbanların sayı rəsmi olaraq açıqlanmayıb.
“Daily Telegraph”ın məlumatına görə, 17 nəfər dünyasını dəyişib.
Pəncərəsindən paradı izləyən hadisə şahidi “Sky News”a bildirib ki, toqquşmadan sonra parad iştirakçıları maşının arxasınca qaçıb və onu sındırmağa cəhd ediblər, lakin polis onların qarşısını alıb. 

DİGƏR XƏBƏRLƏR

Top