“Yalı Çapkını”nın aktrisası qəzaya düşdü


“Asmalı Konak”, “Karagül” və “Yalı Çapkını” seriallarındakı rolları ilə tanınan türkiyəli aktrisa Şerif Sezer yol qəzası keçirib.
Yeniavaz.com
“Haber Global”a istinadən xəbər verir ki, 78 yaşlı aktrisanın idarə etdiyi avtomobil Bodrum istiqamətində səyahət edərkən 26 yaşlı Ş.A-nın idarə etdiyi avtomobillə toqquşub.
Bildirilib ki, qarşı tərəfdən gələn gənc sürücü sükanın idarəetməsini itirib və Şərif Sezerin maşınını vurub.
Toqquşmanın təsiri ilə hadisə yerinə çox sayda Təcili Tibbi Yardım və xilasetmə qrupları sövq edilib.
Qəzada Ş.A. adlı gənc sürücünün yaralandığı bildirilərkən, Sezerin qəzadan demək olar ki, heç bir xəsarət almadan xilas olduğu və hadisə yerindən bir dostunun maşını ilə Bodruma yoluna davam etdiyi qeyd edilib. 

DİGƏR XƏBƏRLƏR

Top