Erik ten Haq “Bayer”in baş məşqçisi oldu – Rəsmi


“Bayer Leverkuzen” Erik ten Haqın baş məşqçi təyin olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bayer Leverkuzen”in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, klub hollandiyalı mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalayıb.
55 yaşlı mütəxəssisin son iş yeri “Mançester Yunayted” olub. Ten Haq 2022-ci ilin yayından 2024-cü ilin oktyabr ayına kimi “qırmızı şeytanlar”a rəhbərlik edib.
Onun rəhbərliyi altında klub İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.
Ümumilikdə, “Mançester Yunayted” ten Haqın rəhbərliyi altında bütün yarışlarda 128 oyun keçirib.
2023/2024 mövsümündə “Bayer”ə ispan mütəxəssis Xabi Alonso rəhbərlik edib. Onun rəhbərliyi altında klub Bundesliqada 2023/2024 mövsümünün qalibi olub. Alonso hazırda “Real Madrid”ə rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top