
Türkiyəli məşhur bəstəkar, müğənni və ifaçı İlhan Şeşen 76 yaşında dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə ailəsi məlumat yayıb.
İlhan Şeşenin sosial media hesabından edilən açıqlamada, “Sevimli İlhan Şeşəni itirməkdən dərin hüznlə kədərləndik. Bütün sevənlərinə başsağlığı veririk. Həyat yoldaşı Arzu, oğlu Fuat, qızı Melis və nəvəsi Nəfəs”, - deyə qeyd edilib.
Qeyd edək ki, hit mahnıların müəllifi olan ustad sənətçiyə 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.
Xatırladaq ki, 18 iyun 1948-ci ildə Manisada anadan olan İlhan Şeşen Hüquq fakültəsini bitirdikdən sonra 10 il vəkil kimi fəaliyyət göstərib. Musiqi karyerasına 1968-ci ildə başlayıb. 1971-ci ildə “Kavga” adlı 45 mahnıdan ibarət val buraxıb. 1983-cü ildə vəkillik karyerası ilə vidalaşaraq, qardaşı oğlu Gökhan və Burhan Şeşenlə birlikdə “Grup Gündoğarken”i qurub. 1994-cü ildə “Aşk Haklı” adlı ilk solo albomunu çıxarıb.
Növəbti illərdə isə onun “Neler Olur Bize”, “Şimdi Ben Bu Şarkıları Kime Söyleyeyim?”, “Aşk Yalan”, “Gel”, “Ciddi Eğlence”, “Hediyem” və “Akustik Hikayeler” albomları işıq üzü görüb.
O, sənət həyatında müxtəlif seriallara da çəkilib. Belə ki, usta sənətçi “Mühürlü Güller”, “Aliye”, “Annem”, “Hayatımın Rolü”, “Aşk yalanı sever”, “Milat” və “Paramparça” kimi seriallarda rol alıb.