
“Türk Hava Yolları” keçən gecə paytaxt hava limanlarında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Moskvaya uçuşları ləğv edir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
“Mayın 26-na keçən gecə Rusiyanın mərkəzi hava limanlarında yenidən təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Bu, Domodedovo, Vnukovo və Jukovski aviareyslərinin cədvəllərində dəyişikliklərə səbəb olub. Uçuşların 60%-ə qədəri qrafikə uyğun gəlmir və ya ləğv edilib. Xüsusilə, “Türk Hava Yolları”nın reyslərinin müntəzəmliyi pozulub”, - asosiasiya qeyd edib.
Turoperatorlar vəziyyəti araşdırır və yeni gediş vaxtı barədə məlumat gözləməyi tövsiyə edirlər.