
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıda Kürdəmir Rayon Təhsil Şöbəsinin sabiq müdiri, həbsdə olan Mətləb Allahverdiyev də var.
Sərəncamla o, cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Qeyd edək ki, M.Allahverdiyev 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Kürdəmir Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Ali Məhkəmə onun cəzasını 4 il 4 aya endirib.
Qeyd edək ki, sözügedən əməliyyat zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov da saxlanılmışdı.