
Qırğızıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün platforma təqdim etməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bunu Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek İrəvanda erməni həmkarı Alen Simonyanla görüşündə deyib.
Onun sözlərini Ermənistan Parlamentinin mətbuat xidməti yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Simonyan söhbət zamanı Azərbaycan və Ermənistan arasında artıq başa çatmış sülh müqaviləsi layihəsinə toxunub və Ermənistan tərəfinin onu imzalamağa hazır olduğunu bildirib.