Azərbaycan çempionatının bombardiri “Qarabağ”ın futbolçusu oldu


Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümünün bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andrade olub.
Yeniavaz.com
Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub.
O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb.
Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub.
Ağdam klubu oyunçularının bombardirliyi sayında rekordçudur.

DİGƏR XƏBƏRLƏR

Top