
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıda Bakıda metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı da var.
Xatırladaq ki, o, Bakıda metro tunelinə qanunsuz daxil olaraq qatarların üstündə qraffitilər çəkdiyinə görə 2024-cü ilin sentyabrında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.