
Türkiyənin “Fənərbağça Beko” basketbol klubu Fransanın “Monako” komandasını 81-70 məğlub edərək tarixində ikinci dəfə Avropa çempionu olub.
Yeniavaz.com xəbər verir ki, hər iki komanda final oyununa sərt müdafiə ilə başlayıb.
Kənar zərbələrdə təsirli olan “Monako” ilk 4 dəqiqədə Mayk Ceymsin ardıcıl xalları ilə 13-4 önə keçib. Melli, Badluin və Tarık Biberoviçin oyuna daxil olması ilə daha yaxşı oynayan “sarı-lacivərtlilər” dörddəbirin sonunda fərqi 2-yə endirib: 20-18.
“Fənərbağça Beko” ikinci dörddəbirin sonunda oyunun idarəsini tamamilə ələ keçirib və paltardəyişmə otağına 35-33 öndə gedib.
Final mərhələsi isə gərgin mübarizə şəraitində keçib. Son hissədə heç bir səhvə yol verməyən Türkiyə təmsilçisi qarşılaşmada 81-70 qalib gələrək çempion olub.
Qeyd edək ki, “Fənərbağça” bu uğura 2017-ci ildə də nail olmuşdu.