
“Filadelfiya” ilə matçdan sonra “İnter Mayami”nin futbolçusu Lionel Messi cərimə zərbələrindən vurduğu qollara görə rekordçular siyahısında üçüncü yeri tutub.
Yeniavaz.com xəbər verir ki, 87-ci dəqiqədə qol vuran Lionel karyerasında 67-ci cərimə zərbəsini vurub.
Bu, onu 66 belə qolu olan braziliyalı yarımmüdafiəçi Ronaldinyonu qabaqlayır. Bu göstəricidə liderlər Pele (70 qol) və Juninyo Pernambukanodur (77).
Qeyd edək ki, Messi 2023-cü ilin yayından “İnter”də çıxış edir.