
Mixael Şumaxerin 2001-ci ildə Macarıstan və Monako Qran Prisini qazanaraq “Formula 1” çempionu olduğu avtomobil 15,98 milyon avroya satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, “Ferrari F2001” mayın 24-də Monakoda “RM Sotheby's” hərrac evi tərəfindən hərraca çıxarılıb.
Nəşr qeyd edir ki, lot üçün aktiv mübarizə gedirdi, təklif 8 milyon avrodan başlayıb. Alıcının adı ənənəvi olaraq açıqlanmır, yalnız onun mərcləri telefonla deyil, zaldan etdiyi məlumdur.
Hərracda satılan ən bahalı Şumaxerin avtomobili olub.
Qeyd edək ki, Mixael Şumaxer yeddiqat “Formula 1” qalibidir.