
“Real Madrid” Xabi Alonsonun komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, ispan mütəxəssisin müqaviləsi 2028-ci il iyunun 30-na kimi nəzərdə tutulub.O, 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Alonsonun son iş yeri 2022-ci ilin oktyabr ayından rəhbərlik etdiyi “Bayer”də olub.