
Rusiya ilə Ukrayna arasında “1000-ə 1000” düsturu üzrə əsir mübadiləsinin üçüncü və sonuncu mərhələsi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, mübadilənin yekun mərhələsində hər iki tərəf 303 əsiri təhvil verib.
Mübadilə barədə həm Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak, həm də Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Hər iki tərəf xatırladıb ki, mayın 16-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü zamanı genişmiqyaslı məhbus mübadiləsinə dair razılıq əldə olunub.
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin birinci mərhələsi mayın 23-də baş tutub. Daha sonra hər tərəfdən 390 nəfər - hərbçilər və mülki şəxslər geri qaytarılıb. Mübadilənin ikinci mərhələsi mayın 24-də baş tutub. Ukrayna və Rusiya hər biri 307 məhbusu təhvil verib.