Altayda zəlzələ oldu


Rusiyanın Altay Respublikasının Qızıl-Taş kəndində 5,4 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Qoş-Ağaç, Ulaqan, Onquday rayonlarında və Dağlıq Altaysk şəhərində hiss olunub. 
Qoş-Ağaç və Ulaqan rayonlarının fövqəladə hallar orqanlarının, eləcə də kənd yaşayış məntəqələrinin rəhbərlərinin verdiyi məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur, həyati təminat sistemləri normal işləyir, sosial əhəmiyyətli obyektlərə ziyan dəyməyib.

DİGƏR XƏBƏRLƏR

Top