
Azərbaycan qadın həndbolunda kubokun sahibi müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, "AHF Arena"da təşkil olunan həlledici qarşılaşmada "Azəryol" və "Kür" komandaları üz-üzə gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Azəryol" rəqibini 35:28 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunu qazanıb.