
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Etno-idman Mədəniyyəti Festivalında iştirak edib.
Yeniavaz.com “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, festival zamanı Azərbaycan komandasının Qarabağ atları ilə akrobatik şousu xüsusilə seçilib.
Şou zamanı atlılar Türkiyə və Azərbaycan bayraqlarını qaldırıblar. Ərdoğan ayağa qalxaraq onları alqışlayıb.
Festival zamanı Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, bir neçə nazir və İstanbul valisi də müşayiət edib. Festivalda Dünya Etno-idman Birliyinin sədri Bilal Ərdoğan da iştirak edib.