
“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi seçilib.
Yeniavaz.com xəbər verir ki, siyahını məşhur “Goal” xəbər saytı tərtib edib.
Hollandiyalı mütəxəssis komandaya ötən yaydan rəhbərlik etməyə başlayıb və bu vəzifədə debüt mövsümündə vaxtından əvvəl Premyer Liqa çempionluğunu qazanıb.
“Nottingem Forest”in baş məşqçisi Nuno Espirito Santo ikinci, “Nyukasl”ın baş məşqçisi Eddi Hau isə üçüncü olub.
“Goal”a görə İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı 10 məşqçisi:
1. Arne Slot (“Liverpul”);
2. Nuno Espirito Santo (“Nottingem Forest”);
3. Eddi Hau (“Nyukasl”);
4. Unai Emeri (“Aston Villa”);
5. Tomas Frank (“Brentford”);
6. Vitor Pereyra (“Vulverhempton”);
7. Fabian Hyurtseler (“Brayton”);
8. Mikel Arteta (“Arsenal”);
9 . Enzo Mareska (“Çelsi”);
10. Andoni İraola (“Bornmut”).