Hakan Fidan Rusiyaya gedəcək


Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə mayın 26-27-də Rusiyada işgüzar səfərdə olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
“Səfər zamanı Fidanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi və rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. Bundan başqa, türkiyəli nazirin Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belousovla ikitərəfli görüşləri nəzərdə tutulub”, - deyə mənbələr bildiriblər.
Mənbələr onu da qeyd ediblər ki, Moskvadakı danışıqlarda tərəflər həmçinin ikitətərfli əlaqələrin (o cümlədən ticarət, enerji, turizm sahələrində) ətraflı müzakirə etməyi və onların gələcək inkişafı üçün atılmalı olan mümkün addımları dəyərləndirməyi planlaşdırırlar.

DİGƏR XƏBƏRLƏR

Top