
Hücumçu Vinisius Junior “Real Madrid”lə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Məlumata görə, braziliyalı futbolçu ilə müqaviləni uzatmaqla, madridlilər 15 milyon avroluq maaş həddini keçiblər.
Müqaviləyə görə, 24 yaşlı oyunçu ildə 20 milyon avrodan çox qazanacaq, lakin ümumi məbləğ 30 milyon avrodan çox olmayacaq.
Bununla da Vinisius hücumçu Kilian Mbappe ilə birlikdə Kral Klubunun ən çox maaş alan futbolçusu olub.
Nəşrin yazdığına görə, maaş limitinin pozulması “Real”ı öz siyasətinə yenidən baxmağa vadar edə bilər. Çünki klubun ulduzlarının da Vinisiusdan nümunə götürərək, maaş artımını tələb etmək riski var.
Qeyd edək ki, Vinisiusun əvvəlki müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.