
Keçən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Yeniavaz.com Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, imtahanlarda 8 nəfər maksimal - 300 bal toplayıb.
Həmin şagirdlərin siyahısını təqdim edirik:
- Hüseynzadə Dəniz Elşən qızı - Ə.Zeynallı adına Bakı şəhər 302 saylı tam orta məktəb,
- Cəfərli Ləman Üzeyir qızı - Bakı Türk Liseyi (Türkiyə Dəyanət Vəqfi),
- Allahverdili Günay Mehman qızı - Bakı şəhər 154 saylı tam orta məktəb,
- Zeynallı Toğrul Sultan oğlu - Bakı Türk Liseyi (Türkiyə Dəyanət Vəqfi),
- Quluzadə Amin Məhərrəm oğlu - Bakı şəhər 165 saylı tam orta məktəb,
- Bayramova Tamilla Aydın qızı - Bakı şəhər 263 saylı tam orta məktəb,
- Tahirov Ayxan İmran oğlu - S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya,
- Heydərli Zəhra Tofiq qızı - Bakı Avropa Liseyi.