Tramp ad günündə parad keçirəcək


“İyunun 14-də Vaşinqtonda Birləşmiş Ştatlar Ordusunun 250 illiyi şərəfinə möhtəşəm parad keçirəcəyimizi qürurla elan edirəm”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında məlumat yayıb.
“İki əsr yarım ərzində cəsur əsgərlərimiz AZADLIĞIMIZI qorumaq üçün döyüşüb, qan töküb və həlak olublar və indi biz onları xidmətlərinə və fədakarlıqlarına layiq gözəl paradla şərəfləndirəcəyik. Ölkənin hər yerindən amerikalılar dəvət olunur”, - o əlavə edib.
Qeyd edək ki, 14 iyun həm də Trampın doğum günüdür.

DİGƏR XƏBƏRLƏR

Top