
“Napoli” futbol üzrə İtaliya çempionluğunu qazanıb.
Yeniavaz.com xəbər verir ki, İtaliya çempionatının 38-ci turunun final oyununda Antonio Kontenin yetirmələri “Kalyari”ni məğlub edib.
Neapoldakı “Dieqo Maradona” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.
Yarımmüdafiəçi Skott MakTominay 42-ci dəqiqədə, hücumçu Romelu Lukaku isə 51-ci dəqiqədə fərqlənib.
İtaliya çempionatının 38 turundan sonra “Napoli” 82 xal toplayaraq qızıl medal qazanıb.
“Napoli”nin baş məşqçisi Antonio Konte son turda diskvalifikasiya olunduğu üçün oyunu tribunadan izləmək məcburiyyətində qalıb.
Daha əvvəl 1986/87, 1989/90 və 2022/23 mövsümlərində bu titulu qazanan "Napoli" dördüncü dəfə İtaliya çempionu olub.
Bu göstəriciyə görə klub “Roma”nı keçərək, səkkizinci pilləyə yüksəlib.
İtaliya çempionluğunu ən çox “Yuventus” (36) qazanıb. “İnter” 20, “Milan” 19, “Cenoa” 9, “Torino”, “Bolonya” və “Pro Verçelli” isə hər biri 7 dəfə İtaliya çempionu olub.