
Mayın 23-də günortadan sonra rus qoşunları Odessanın liman infrastrukturuna hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Onun sözlərinə görə, zərbə iki ballistik raketlə endirilib.
Hücum nəticəsində bir liman işçisi həlak olub. Daha 8 nəfər xəsarət alıb, onlardan 4-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib.
Eyni zamanda, Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov Rusiyanın daha bir hücumu barədə məlumat verib. Onun sözlərinə görə, rus qoşunları Çuqev şəhərinə raket hücumu həyata keçirib. Nəticədə bir yerli sakin həlak olub. Daha iki kişi yaralanıb.