
“Britaniya vətəndaşlığı üçün müraciət edən ABŞ vətəndaşlarının sayı 2025-ci ilin əvvəlində rekord həddə çatıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) rəsmi statistikaya istinadən məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin ilk üç ayında 1900-dən çox ABŞ vətəndaşı Britaniya vətəndaşlığı üçün müraciət edib ki, bu da 2024-cü ilin dördüncü rübündən 12% çoxdur. Hüquqşünaslar deyirlər ki, Amerikada siyasi qeyri-sabitlik, xüsusən də Trampın rüsum elanlarından sonra Böyük Britaniya vizası və vətəndaşlığı üçün müraciətlərin kəskin artmasına səbəb olub.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ABŞ-də təhsil vizası üçün müraciətlərin sayı birinci rübdə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6% artıb. Nəşr yazır ki, oxşar tendensiya Tramp və onun administrasiyasının Harvard Universiteti və digər nüfuzlu Amerika universitetlərinə qadağalarından sonra da müşahidə olunub.