Almaniyada vağzalda bıçaqlı hücum – 12 nəfər yaralanıb


Almaniyanın Hamburq şəhərinin əsas dəmiryol vağzalında bıçaqlı hücum baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə“Bild” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ən azı 12 nəfər yaralanıb.
Nəşrin məlumatına görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır. Nəşr qeyd edib ki, Almaniya Federal Polisi qadını saxlayıb. Digər KİV-lər isə bir nəfərin saxlanıldığını yazır.
Hadisə 13/14 platformasında saat 18:00 radələrində (Bakı vaxtı ilə 20:00 - red.) baş verib. Hadisənin baş vermə şəraiti və cinayətkarın motivi hələlik müəyyən edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top