
ABŞ Prezidenti Donald Tramp Amerikanın “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-yə köçürməyi tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkə hesabında yazıb.
“Mən uzun müddətdir ki, “Apple”ın baş direktoru Tim Kuka məlumat vermişəm ki, ABŞ-də satılan “iPhone”lar Hindistanda və ya başqa yerdə deyil, ABŞ-də istehsal edilib, yığılmalıdır. Əgər bu baş verməsə, “Apple” ABŞ-yə ən azı 25% rüsum ödəməli olacaq”, - Tramp yazıb.
Qeyd edək ki, hazırda qlobal “iPhone” istehsalının təxminən 18%-i Hindistanın payına düşür. Onların istehsalında Çinin payı 75%-dən çoxdur. “Bloomberg”in məlumatına görə, şirkət 2024-25-ci maliyyə ilində (martda başa çatıb) Hindistanda 14 milyard dollar dəyərində “iPhone” istehsal edib ki, bu da onun ümumi istehsalının təxminən 14%-ni təşkil edir.