
İran və ABŞ nümayəndələri arasında danışıqların beşinci raundu başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi sosial şəbəkə hesabında yazıb.
“ABŞ və İran arasında danışıqların beşinci raundu bu gün Romada başa çatıb və müəyyən irəliləyişlərə gətirib çıxarıb, lakin problemin yekun həllinə deyil”, - əl-Busaidi bildirib.
O, ümid edir ki, əsaslı və xoşməramlı razılığa nail olmaq üçün yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirmək mümkün olacaq.