
Rusiya Kiyevin nəzarətində olan ərazidən 270 rus hərbçisini və 120 mülki vətəndaşı geri qaytarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 16-da İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyev rejiminin nəzarətində olan ərazidən 270 rusiyalı hərbçi, habelə Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Kursk vilayətindən olan 120 mülki şəxs geri qaytarılıb”, - məlumatda deyilir.